İrəvanda minlərlə insan Sarkisyana etiraz edir – CANLI YAYIM

Ermənistanın paytaxtı İrəvanda minlərlə sakinin iştirakı ilə etiraz aksiyası keçirilir.

AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, on minlərlə etirazçı ölkə prezidenti Serj Sarkisyanın əleyhinə şüarlar səsləndirərək İrəvanın mərkəzi meydanına doğru hərəkət edib. Nümayişçilər “siyasi məhbus” Artur Sarkisyanın ölümünsə Sarkisyanı ittiham edirlər.

Etiraz aksiyasında müxaliflərlə yanaşı sadə vətəndaşların da iştirak etdiyi bildirilir.

Yeniçağ.az