İrəvanda Paşinyanın istefasını tələb edən şəxslər saxlanıldı

Ermənistanda Baş naziri Nikol Paşinyanın istefasını tələb edərək İrəvanın mərkəzi prospektlərindən birini bağlamağa cəhd göstərən müxalifət fəalları saxlanılıb.

Yenicag.az TASS-a istinadən xəbər verir ki, əvvəlcə asayiş keşikçiləri etirazçılara prospekti açmaq üçün vaxt veriblər, bundan sonra onları saxlamağa başlayıblar.

Təxminən 10 nəfər polisə aparılıb.