Ermənistanın paytaxtı İrəvanda Rusiyaya qarşı etiraz aksiyası keçirilir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Azadlıq meydanında başlayan aksiya Rusiya səfirliyi qarşısında davam edir.
Nümayişçilər Rusiyanın Dağlıq Qarabağdakı son hadisələrdə tutduğu mövqeyə və Moskvanın Bakıya silah satışına etiraz şüarları səsləndirirlər.