İrəvanda xalq ayağa qalxdı – Sarkisyana etiraz (VİDEO)

1435131066_iravanOktyabrin 30-da İrəvanın mərkəzində Konstitusiya dəyişikliyi ilə bağlı referenduma qarşı aksiya keçirilib.

Aksiyada siyasi partiyalar və vətəndaş cəmiyyətinin üzvləri iştirak edib. Etiraz aksiyası 2 saat davam edib.

Aksiyaçılar hesab edir ki, prezident Serj Sarkisyan və onun rəhbərlik etdiyi Respublika partiyası referendumla hakimiyyəti əlində saxlamaq istəyir.

Aksiyanın təşkilatçıları vətəndaşları konstitusiya dəyişikliyinə qarşı kampaniyada fəal iştiraka çağırıblar.

Qeyd edək ki, referendum dekabrın 6-a təyin edilib.

Dəyişiklikdə prezidentin səlahiyyətlərinin parlamentə verilməsi və dövlət başçısının xalq yox, parlament tərəfindən seçilməsi, prezidentlik müddətinin isə 5 ildən 7 ilə qaldırılması nəzərdə tutulur(Azvision)