İrəvanda yanacaqdoldurma məntəqəsində PARTLAYIŞ – Yaralananlar var

Ermənistanın paytaxtı İrəvanın Qarabağ küçəsində yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Yenicag.az News.am-a istinadən xəbər verir ki, partlayış nəticəsində məntəqənin qarşısında bir maşın yanıb və bir neçə nəfər yaralanıb.

Hadisə yerinə 6 yanğınsöndürmə maşını cəlb edilib.

Partlayışın səbəbi araşdırılır.