İrəvanda “Nairit” zavodunun əməkdaşları yenidən etiraza qalxıb.
Yenicag.az “AzVision.az”-a istinadən xəbər verir ki, onlar zadovun müflis elan olunmasına etirazlarını bildiriblər.
Nümayişçilər hakimiyyətdən prosesinin dayandırlmasını tələb ediblər.
Etirazçılar, həmçinin zavodun müflis elan olunmaması üçün “Ermənistan Elektrik Şəbəkələri” şirkətinin rəhbəri Samvel Karapetyana açıq məktub ünvanlayıblar.
Qeyd edək ki, ötən ilin noyabr ayında məhkəmənin qərarına əsasən “Nairit” zavodu müflis elan olub.
Yenicag.az