Ermənistanda hakim koalisiya dağılıb.
Yenicag.az xəbər verir ki, Daşnaksütyun Partiyası Respublikaçılar Partiyası ilə birlikdə qurduğu hakim koalisiyadan çıxdığını bəyan edib.
Partiyanın rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunub: “Ermənistandakı vəziyyəti nəzərə alaraq, siyasi koalisiyadan çıxdığımızı bəyan edirik”.
Bu arada paytaxt İrəvandakı Respublika meydanında yenidən mitinq başlayıb. Etiraz aksiyasının lideri Nikol Paşinyanın rəhbərlik etdiyi hərəkatın tərəfdarları aprelin 25-də vətəndaş itaətsizliyi aksiyasını bərpa ediblər. Onlar Serj Sarqsyanın baş nazir postundan getməsindən sonra müvəqqəti hökumətin də tam tərkibdə istefa verməsini tələb edirlər.