İrəvandakı etiraza görə daha bir deputat SAXLANILDI

İrəvanda polis etirazlarda iştirak edən “Ermənistan” fraksiyasının deputatı Mher Melkonyanı saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat verib.

Bildirilir ki, vətəndaşlar polisə Melkonyanın qanunverici orqanın nümayəndəsi olduğunu desələr də, polislər buna məhəl qoymayıblar. Hazırda İrəvanda hökumət əleyhinə etiraz aksiyası keçirilir.