Ermənistan polis rəis Vladimir Qasparyanın əmri ilə İrəvanın Nor Nork polis idarəsinin rəisi Armen Vatyan tutduğu vəzifədən azad edilib.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan polisinin mətbaut xidməti xəbər yayıb.
Jurnalistlərin fikrincə Vatyanın istefaya göndərilməsi iyulun 29-u İrəvanın Sari Tax məhhələsində nümayişçilər və polislər arasında yaranan qarşıdurma ilə bağlıdır. Məhz o bu ərazidə nizam intizamın təmin olunmasına görə məzuliyyət daşıyıb. Qarşıdurma baş verən zaman Armen Vatyan həmin ərazidə olub.
Qeyd edək ki, daha əvvəl irəvanın Erebuni polis idarəsinin rəisi işdən çıxarıldmışdı.