Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

İrəvandan “kövrək kompromis” mesajı: “...növbəti siyasi manevrdir” – Ekspert

Reklam: High Technic

“Belə yanaşma danışıqlar prosesində Azərbaycanın yürütdüyü xəttə uyğun deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın ikinci yarısına planlaşdırılan görüşünü şərh edən politoloq Qabil Hüseynli deyib.

Politoloq hesab edir ki, Ermənistan ilkin mərhələdə 5 rayonu boşaldarsa, o zaman danışıqlar prosesində irəliləyişin olduğunu söyləmək mümkündür:

“Fikrimcə, ilk dəfədir ki, Ermənistan tərəfindən “kövrək kompromis” kəlməsini eşidirik. Bu da Sarkisyanın ağır durumu ilə bağlıdır. Çünki işğalçı ölkədə mövcud hakimiyyətə qarşı etiraz çıxışları güclənməkdədir. Bu fonda Sarkisyanın hakimiyyətdən getməsinə dair tələblər də çoxalır.

Ermənistanın əsas himayədarı olan Rusiyanın özü prezident seçkiləri ərəfəsindədir. Moskva ara-sıra eyham da vurur ki, danışıqlar prosesinə qarışmır, mərhələli həll planını müdafiə edir və bu prosesin taleyi Azərbaycanla Ermənistanın əlindədir. Amma bütün bunlar siyasi manevrlərdir.

Ermənistan heç olmasa, 5 rayonu qeyd-şərhsiz boşaldarsa, o halda danışıqlar prosesində pozitiv məqamların meydana çıxdığı və prosesin irəlilədiyini söyləyə bilərik. Onlar 5 rayon məsələsini irəli sürə, onun həllini mərhələli plan kimi 2-3 varianta bölə, sonra da Dağlıq Qarabağ üçün keçici statusun müəyyən edilməsini təklif edə bilərlər.

Bu da danışıqlar prosesində Azərbaycanın yürütdüyü xəttə uyğun deyil. Amma hər halda, Azərbaycan Xarici İşlər Nazirliyi məsələyə pozitiv yanaşırsa, böyük ehtimalla ortada hansısa variantın olduğunu düşünmək olar”.

ELÇİN

www.yenicag.az

915
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM