İrəvan-Moskva reysini həyata keçirən təyyarə Həştərxanda məcburi eniş edib.
Yenicag.az xəbər verir ki, bu barədə “İnterfaks” məlumat yayıb.
Qeyd olunur ki, buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub. Hava limanının mətbuat xidmətindən bildirilib ki, o, şəhər tibb məntəqəsinə yerləşdirilib./unikal