!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandan prosesi uzatmaq CƏHDİ: “Ermənistanın müstəqilliyi sual altına düşə bilər”

!Reklam – Yazi

“İrəvan baş verən bütün hadisələri doğru və düzgün analiz edərək, sülh şansını dəyərləndirməlidir. Əks təqdirdə, Ermənistanın müstəqilliyi sual altına düşə bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin perspektivlərindən danışan Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.

Onun sözlərinə görə, Vətən müharibəsindən sonra qalib ölkə olmasına baxmayaraq, sülh prosesini başladan tərəf məhz Azərbaycan oldu.

“Yanaşı olaraq, Ermənistanda sülhə maraq yaratmaq üçün ölkəmiz dəfələrlə İrəvanı müxtəlif platformalarda danışıqlara cəlb etdi. Ancaq təəssüflər olsun ki, qarşı tərəf hər vəchlə danışıqlar prosesinə kölgə saldı. Yalnız Azərbaycanın keçirdiyi lokal anti-terror əməliyyatlarından sonra Ermənistan xoş niyyət göstərərək, vasitəçi olmadan danışıqlara razılıq verdi. Nəticədə isə delimitasiya və demarkasiya istiqamətində müsbət addımlar atıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də dediyi kimi, SSRİ dağıldıqdan sonra bu gün ilk dəfədir ki, Cənubi Qafqazda sülhə çox yaxınıq. Ancaq Ermənistanın hələ də səmimiyyət nümayiş etdirməməsi mənfi hal kimi özünü göstərməkdədir. Müxtəlif bəhanələr gətirərək, sanki sülh müqaviləsinin bağlanmasını istəmirlər. Daha doğrusu, prosesi uzadaraq öz xeyirlərinə dəyişib yüngül şərtlərlə razılığın əldə olunmasını istəyirlər”, – deyə o əlavə edib.

Deputat vurğulayıb ki, Ermənistan on illərlə silahlandırılsa da, Azərbaycanla yenidən müharibəyə hazır ola bilməz.

“İrəvan baş verən bütün hadisələri doğru və düzgün analiz edərək, sülh şansını dəyərləndirməlidir. Əks təqdirdə, Ermənistanın müstəqilliyi sual altına düşə bilər”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

142
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv