Şəxsi “Hawker 800A” təyyarəsi İrəvandan Moskvaya istiqamət aldıqdan bir neçə dəqiqə sonra həyəcan siqnalı verib və texniki nasazlığa görə Mahaçqalada eniş edib.
Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.
“Bu, Ermənistanın hava sərhəddini keçən kiçik şəxsi təyyarədir. O, Azərbaycanın hava məkanında olarkən, təyyarə komandiri texniki nasazlıq olduğunu bildiribi və Mahaçqalaya eniş etmək qərarına gəlib.
Təyyarədə üç nəfər olub. Qeyri-adi heç nə baş verməyib”, – deyə komitənin məlumatında qeyd olunub./Yenisabah.az/