Naxçıvan-Sünik-Azərbaycan nəqliyyat dəhlizində Ermənistanın sərhədçiləri və gömrükçüləri yer alacaqlar.
Yenicag.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan deyib.
“Əraziyə özəl şirkətin cəlb edilməsi məsələsi müzakirə olunub, lakin hələlik təfərrüatlar məlum deyil, ortada dəqiq bir şey yoxdur”, – nazir müavini bildirib.