İrəvanın 10 noyabr bəyanatından çıxmaq ŞANTAJI: “Heç bir müqavilənin pozulmamaq anlayışı…”

“Azərbaycan bütün versiyaları hesablayıb, hər şeyə hazır olmalıdır”.

Bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyanın 10 noyabr üçtərəfli bəyanatından çıxmaqla bağlı mövqeyini və davam edən nizamlama prosesini dəyərləndirən dəyərləndirən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında səsləndirib.

Zərdüşt Əlizadə bildirib ki, Ermənistan-Azərbaycan nizamlama prosesi müsbət yöndə irəliləyir:

“Paşinyan Ermənistanın rəhbəri kimi öz ölkəsinin mənafeyindən çıxış edərək, istədiyi sözü deyə, istədiyi müqaviləni tanıya da bilər, ləğv də edə bilər. Bu beynəlxalq hüquqda olan bir şeydir.

Heç bir müqavilə əbədi deyil, heç bir müqavilənin pozulmamaq anlayışı da yoxdur. Ermənistan-Azərbaycan nizamlama prosesi müsbət istiqamətdə davam edir, mübahisəli məsələlər yavaş-yavaş həll edilir.

Rusiya ilə Ermənistan arasındakı münasibətlərə gəldikdə isə iki müstəqil dövlətdir. Onlar da öz aralarındakı problemləri həll etməlidirlər. Buna qarışmaq doğru deyil. Azərbaycan bütün versiyaları hesablayıb, hər şeyə hazır olmalıdır”.

Səxavət Məmməd

COP29