!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İrəvanın Azərbaycan-Rusiya münasibətlərini korlamaq cəhdləri nəticəsiz qaldı” – Aydın Quliyev

!Reklam – Yazi

“Azərbaycan-Rusiya münasibətlərində hərbi-texniki əməkdaşlıq məsələləri xüsusi yer tutur”.

 

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Rusiyanın “Rossiya” və “Birinci” telekanallarına müsahibəsində ikitərəfli münasibətlərin mövcud vəziyyəti haqda fikirlərini şərh edən politoloq Aydın Quliyev deyib.

Aydın Quliyevin sözlərinə görə, Azərbaycan və Rusiya rəhbərliyi qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün yeni imkanların dəyərləndirilməsinə çalışırlar:
“Azərbaycan prezidentinin həm Soçidə Rusiyanın televiziya kanallarına verdiyi müsahibədə, həm də “Valday” klubundakı sessiya müzakirələrində, o cümlədən, Rusiya prezidenti Vladimir Putinlə görüşündə səsləndirdiyi fikirlərin əsas istiqamətlərdən biri məhz Rusiya-Azərbaycan münasibətlərinin mövcud strateji xarakteri ilə bağlı idi.

Həqiqətən, Azərbaycan və Rusiya prezidentləri də bu gün ikitərəfli münasibətlərin strateji tərəfdaşlıq müstəvisində getdikcə dərinləşdiyini, möhkəmləndiyini və artıq dönməz bir xarakter aldığını faktlarla ifadə etdilər. Bu gün regionda Rusiya-Ermənistan münasibətlərinin iflasa uğrayan və getdikcə aşağı enən dinamikasını nəzərə alsaq, əlbəttə, Rusiya-Azərbaycan münasibətləri ilə bağlı verilən bu bəyanatların reallığa tamamilə uyğun olduğu açıq görünür.

Prezident İlham Əliyevin orada verdiyi bəyanatlar, səsləndirdiyi fikirlər həm Rusiya-Azərbaycan münasibətlərinin bugünkü strateji tərəfdaşlıq xarakterini bir daha göstərmək baxımından əhəmiyyətli olduğu qədər həm də tərəfdaşlıq münasibətlərinin yaxın perspektiv üçün yeni istiqamətlərin tapılması üzərində çox ciddi iş getdiyini göstərmək baxımından vaibdir.

Azərbaycan-Rusiya münasibətlərində hərbi-texniki əməkdaşlıq məsələləri xüsusi yer tutur. Ermənistanın bu əməkdaşlığa mane olmaq cəhdləri nəinki nəticəsiz qaldı, hətta “Valday” forumu və Azərbaycan prezidentinin televiziyalara verdiyi müsahibələr bir daha göstərdi ki, hələ bu sahədə yeni və daha geniş perspektiv açılacaq.

Digər sahələrlə bağlı söylənən fikirlər də bu Azırbaycan-Rusiya strateji tərəfdaşlığının nə qədər dərin xarakter daşıdığını göstərir. Artıq Rusiyanın Azərbaycanda və Azərbaycanın da Rusiyada qarşılıqlı investisiyalarının həcmindəki artım, birgə müəssisə şəbəkələrinin genişlənməsi, həqiqətən, bu əməkdaşlığın strateji tərəfdaşlıq mərhələsində dərinləşdiyini bir daha sübut edir”.

Aqil Bəkir

www.yenicag.az

2722
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv