Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

İrəvanın Azərbaycan və Türkiyə qorxusu - SƏBƏB

Ermənilər Türkiyə ordusunun Qarsda keçirdiyi hərbi təlimlərdən qorxuya düşüblər. Erməni hərbi analitik David Arutyunov bu təlimləri İrəvana qarşı təzyiq vasitəsi adlandırıb.

Yenicag.az xəbər verir ki, Türkiyə Silahlı Qüvvələrinin Qars vilayətində təşkil etdiyi və Azərbaycan, Bosniya və Herseqovina, Qətər, Böyük Britaniya, Almaniya, İtaliyadan 251 hərbçinin iştirak etdiyi “Qış-2019” irimiqyaslı hərbi təlimlərinin uğurla başa çatması ermənilərin təşvişinə səbəb olub. Bu qorxunu açıqca büruzə verən Arutyunov bildirib ki, həmin tədbirin siyasi məqsədi və geosiyasi hədəfləri var. Onun sözlərinə görə, guya Ankara Suriyaya humanitar yardım göndərən İrəvana təzyiq göstərmək istəyir.

Analitik ənənəvi erməni hiyləgərliyi ilə əlavə edib ki, Türkiyə Suriyada mövqeyini möhkəmlətmək üçün, habelə Cənubi Qafqazda təsirini artırmaq məqsədilə Rusiyaya da təzyiq göstərir. Ən gülünc olanı isə onun Azərbaycan Ordusunun uğurlu 2016-cı il Aprel əməliyyatını da bu fonda təqdim etməsidir.

Arutyunyan Türkiyənin bu siyasətinin Dağlıq Qarabağ münaqişəsinə və Ermənistana da təsiri olacağını bildirib./Xəzərxəbər.az/

www.yenicag.az

341
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM