Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın “Roma Nizamnaməsi”ni ratifikasiya etmək qərarını Rusiya Federasiyasına qarşı “son dərəcə düşmənçilik” adlandırıb.
Yenicag.az xəbər verir ki, o, bu barədə yerli mətbuata açıqlamasında deyib.
Peskov həmçinin bildirib ki, Rusiya bu qərarı alqışlamır. Onun sözlərinə görə, Kreml İrəvanın Moskva ilə bu məsələ ilə bağlı razılaşma təklifinin təfərrüatlarını bilmir.
Qeyd edək ki, Ermənistan bu nizamnaməni qəbul etdiyi təqdirdə Putin Ermənistana gəlsə, dərhal həbs olunacaq.