İrəvanın əsas MƏQSƏDİ: “Ermənistan sülh prosesində səmimi deyil”

“İrəvanın əsas məqsədi COP 29-u bəhanə edib, sülh müqaviləsinin tez vaxtda imzalanmasıdır”.

Bunu Yenicag.az-a açıqlamasında Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsinin perspektivlərindən danışan politoloq Əlabbas Məhərrəmov deyib.

 

Onun sözlərinə görə, Ermənistan sülh prosesi məsələsində səmimi olmayıb.

“İrəvanın əsas məqsədi COP 29-u bəhanə edib sülh müqaviləsinin tez vaxtda imzalanmasıdır. Nəzərə almaq lazımdır ki, Ermənistan COP 29-da iştirak üçün dəvət alıb. Burada sülh məsələsinin həlli üçün yox. Çünki Azərbaycanın şərtləri var və yerinə yetirilməsində israrlıdır. Mütləq şəkildə Ermənistan referendum keçirməli, konstitusiyada Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları olan mövcud bəndə düzəliş etməlidir”, – deyə o qeyd edib.

Politoloq vurğulayıb ki, hazırda Ermənistanda həm də daxili vəziyyət gərgindir.

“Belə ki, hakimiyyətə qarşı təzyiqlər var. Nəticədə Ermənistanın baş naziri Nikol Paşinyan yekdilliklə qərar verə bilmir. Proseslərin nə qədər uzanacağı isə birmənalı olaraq İrəvan hökumətinin qərarlarından aslıdır”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

COP29