Moskva İrəvanın KTMT nizamnaməsinə uyğun olaraq maliyyə öhdəliklərini davam etdirdiyini güman edir.
Yenicag.az xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya Xarici İşlər Nazirliyi vəziyyətə toxunaraq qeyd edib: “Hər halda biz İrəvanın təşkilatın Nizamnaməsinə və KTMT-yə üzv dövlətlərin rəhbərləri tərəfindən təsdiq edilmiş digər sənədlərə uyğun olaraq öz maliyyə öhdəliklərini saxlamasından çıxış edirik. Yeri gəlmişkən, bu, beynəlxalq təşkilatların qlobal təcrübəsidir, burada tərəflərdən birinin üzvlüyünü dayandırmaq və ya hətta ona xitam vermək istəyindən asılı olmayaraq maliyyə intizamı qorunur”. /unikal