!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın pozuculuq fəaliyyəti: "Ermənistanın bu missiyası dünyanın bir sıra güclərinin əsas marağıdır"

!Reklam – Yazi

“Nə qədər ki Rusiya sülhməramlıları Qarabağdadır, Ermənistan oradakı erməniləri qanunsuz yollarla silahlandırmağa çalışacaq”.

Bunu Rusiya ilə Ermənistan arasında razılaşdırıldığı ehtimal olunan Qarabağda baş verən proseslərlə bağlı fikirlərini bölüşən politoloq Vüqar Əhmədov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Rusiya ilə Ermənistan arasında razılaşma mümkün ola bilər:

“Rus sülhməramlılarının Qarabağı tərk edəcəyi vaxt uzaq deyil, İrəvan bunu yaxşı anlayır. Bu səbəbdən Rusiya Ermənistan ərazisindən Qarabağa silahların daşınmasına dəstək olur. Azərbaycan Laçın koridorunu nəzarətə götürməklə bu prosesin qarşısını almağa və Qarabağın silahsızlaşdırılmasına çalışır.

2025-ci ildən sonra rus sülhməramlılarının Qarabağı tərk edəcəyi hər kəsə məlumdur. Həmin vaxta qədər rəsmi Bakı Qarabağdakı ermənilərlə reinteqrasiya prosesini sürətləndirməyi planlayıb. Azərbaycan rus kontingenti Qarabağı tərk edənə kimi rəsmi Bakı ilə Qarabağın erməni icması arasında normal münasibətlər yaratmağa çalışır. Rəsmi İrəvan isə bu prosesə dəstək vermək əvəzinə, həm Qarabağdakı ermənilərlə, həm də Ermənistanla gedən sülh prosesini pozur.

Azərbaycanın səbrinin bir həddi var. Qarabağın yenidən qanunsuz silahlanmasına imkan verə bilməz. Fikrimcə, nə qədər ki Rusiya sülhməramlıları Qarabağdadır, Ermənistan oradakı erməniləri qanunsuz yollarla silahlandırmağa çalışır və bununla yenidən separatizmə rəvac vermək istəyir. Məqsəd isə Azərbaycanı Zəngəzur dəhlizi ilə bağlı hədəflərdən yayındırmaq, diqqəti yenidən Qarabağdakı separatizmə yönəltməkdir.

Ermənistan tarixdən bu günə kimi hər zaman hiyləgər siyasətini davam etdirib. Həm Qərbdən, həm də Rusiyadan dəstək alaraq dünyada özünü məzlum, əzilmiş xalq və dövlət kimi təqdim etməyə çalışıb. Ermənistanın gerçək mahiyyəti Qafqazlarda və daha geniş bölgədə Azərbaycan və Türkiyənin güclənməyinə mane olmaqdır. Ermənistanın bu missiyası dünyanın bir sıra güclərinin əsas marağıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

322
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv