!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvanın pozuculuq FƏALİYYƏTİ: "Ermənistanın ortaya ciddi mövqe qoymayaraq prosesləri sabotaj etməsi..."

!Reklam – Yazi

“Ermənistan Azərbaycanla sülh müqaviləsini nə qədər tez imzalasa, bunun özü üçün xeyirli olacağını dərk etməlidir”.

Bunu Ermənistanla Azərbaycan arasında Moskvada keçirilən görüş haqda ümumi fikirlərini səsləndirən politoloq Anar Əliyev Yenicag.az-a açıqlamasında deyib.

O, Ermənistanın ortaya ciddi mövqe qoymayaraq prosesləri sabotaj etməsinin yaxın perspektivdə böyük itkilərlə üzləşəcəyinin başlanğıcı kimi qiymətləndirilə biləcəyini söyləyib:

“İlham Əliyevin Cənubi Qafqaz regionunda sülhün təmin olunması ilə bağlı fikirlərinə Paşinyan hər zamankı kimi özünü gülünc vəziyyətə qoymaqla fikir bildirmək istədi. İlham Əliyevin də qeyd etdiyi kimi, çox təəssüf ki, Paşinyan yenə öz fantaziya və xəyallarından danışmağa başladı. Azərbaycana qarşı absurd ittihamlar səsləndirdi. İlham Əliyev Paşinyanın absurd və əsassız ittihamlarına tutarlı cavablar verdi.

Paşinyanın yaratdığı vəziyyət planlanan növbəti üçtərəfli görüşdə nəticələrin əldə olunmasına bəslənənən ümidləri kifayət qədər zəiflətdi. Çünki Paşinyan bu mövqeyi ilə Azərbaycanla sülh müqaviləsi imzalamaq iradəsində olmadığını nümayiş etdirdi. Əlavə olaraq, Ermənistan Xarici İşlər Nazirliyinin “uzaqgörənlik” edərək görüşdə ciddi nailiyyət əldə olunmasının gözlənilmədiyini bəyan etməsi İrəvanın mövqeyini ifadə edir.

Ermənistanın ortaya ciddi mövqe qoymayaraq prosesləri sabotaj etməsi yaxın perspektivdə böyük itkilərlə üzləşəcəyinin başlanğıcı kimi qiymətləndirilə bilər. Ermənistan Azərbaycanla sülh müqaviləsini nə qədər tez imzalasa, bunun özü üçün xeyirli olacağını dərk etməlidir.

Ermənistan Baş naziri havadarlarının təhriki ilə Azərbaycanla münasibətlərin tənzimlənməsində vaxt udmağa çalışır. Lakin Ermənistan nə qədər gec deyil, Azərbaycanla sülh əldə olunmasına ciddi yanaşmalı, pozucu mövqe ortaya qoymamalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

646
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv