!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İrəvandakı partlayışda yaralananların sayı 60-a çatdı - 27 itkin düşən və 3 ölən var / TƏFƏRRÜAT - VİDEO

!Reklam – Yazi

Partlayış nəticəsində baş verən dağıntılar altından daha bir nəfər çıxarılıb. Bununla da ölənlərin sayı 3-ə çatıb.

***

Son məlumata görə, partlayış nəticəsində yaralananların sayı 61-ə çatıb. 27 nəfərin taleyi naməlum olaraq qalır.

***

Ticarət mərkəzində baş verən partlayış zamanı xəsarət alanların sayı 60 nəfərə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, yaralanan 36 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin isə qənaətbəxşdir.

Ermənistan FHN məlumat yayıb ki, dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıb. “Şəxsiyyəti məlum deyil. Onun 40-45 yaşlarında qadın olduğu bildirilir”, – məlumatda bildirilib.

***

İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib.

Yenicag.az xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.

***

İrəvandakı partlayışın təfərrüatları məlum olub.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib, bundan sonra yanğın başlayıb. Yanğın 3-cü kateqoriyaya aid edilib. Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ölənlər var. Təcili yardım xidmətinin rəhbəri yeddi zərərçəkənin xəstəxanalara çatdırıldığını deyib.

***

Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.

Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.

İlkin məlumata görə, xəsarət alanlar var.

www.yenicag.az

802
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv