!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İri ticarət mərkəzləri və “mall”lar nə vaxt açıla bilər? - AÇIQLAMA

!Reklam – Yazi

“Dünən Səhiyyə və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iştirakı ilə onlayn şəkildə böyük bir konfrans baş tutdu. Səhiyyə Nazirliyi, TƏBİB və İcbari Tibbi Sığorta Agentliyinin rəhbərliyinə bütün suallar ünvanlandı və cavabların əksəriyyəti bizi qane etdi. Təbii ki, bizim yumşalma ilə əlaqədar narahat olduğumuz məsələlər var”.

Yenicag.az xəbər verir ki, bu sözləri Baku.ws-ə millət vəkili Vahid Əhmədov bildirib.

Onun sözlərinə görə, ticarət mərkəzləri və “mall”ların açılması başa düşüləndir: “Şagird və tələbələrə təhsil ocaqlarına getməyə icazə verilirsə, onlara geyim və müəyyən ləvazimatlar almaq lazımdır. Ticarət mərkəzləri açılmalıdır ki, zəruri olan ləvazimatlar alına bilsin.

Amma digər ölkələrə baxsaq görərik ki, vəziyyət daha da ağırlaşır. Yoluxma dalğası artır və bu istiqamətdə tədbirlər görülür. Təyyarə uçuşları dayandırılır və karantin sərtləşdirilir.

Azərbaycanda əgər Operativ Qərargah mövcud qərarları verirsə, bunu alqışlamaq lazımdır. İnsanlarımız anlamalıdır ki, xəstəlik hələ qurtarmayıb. Sabah əgər qərar verilsə ki, “mall”lar və ticarət obyektləri açılsın, maskalardan, dezinfeksiya məhlullarından istifadə edilməli və ara məsafəsi saxlanılmalıdır. Əgər buna əməl olunmazsa, vəziyyət yenidən ağırlaşa bilər”.

Deputat qeyd edib ki, həmişə ticarət obyektlərinin açılmasını təqdir edib: “Burada insanların işlə təmin olunması da var. Dövlət axı hər dəfə sahibkarları məvaciblə təmin edə bilməz. Bu səbəbdən ticarət mərkəzlərinin işləməsi olduqca vacibdir. Bu məsələyə Operativ Qərargah tərəfindən baxılacaq, müəyyən qərarlar veriləcək. Fikrimcə, “Binə” və “Sədərək” ticarət mərkəzləri, “mall”larla bağlı məsələ öz həllini tapacaq.

Bu məsələnin nə vaxt həll olunacağı ilə bağlı deyə bilərəm ki, fevralın 15-dən sonra bu, baş verə bilər. Bunun üçün Operativ Qərargahın qərarını açıqlaması şərtdir.

Azərbaycan öndə gedən ölkələrdən biridir ki, pandemiyadan yüksək səviyyədə çıxdı. Başqa ölkələrdəki yoluxma və ölüm sayına baxsaq, bunun şahidi olarıq. Ölkəmizə ən müasir avadanlıqlar gətirildi, modul tipli xəstəxanalar inşa olundu. Yoluxan insanların sağalması üçün bütün şərait yaradılıb”.

www.yenicag.az

789
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv