Təhsil İnstitutunun nəzdindəki İnsan Resursları Mərkəzinə fevral ayı ərzində daxil olan müraciətlərin statistikası açıqlanıb.
Mərkəzdən Yenicag.az-a bildirilib ki, ötən ay ümumilikdə 3675 müraciət daxil olub.
Müraciətlərin 311-i feysbuk, 2833-ü Çağrı Mərkəzi üzərindən gəlib. Habelə elektron poçt ünvanına 341, sayt üzərindən 177 müraciət daxil olub, 13 vətəndaş isə qəbulda iştirak edib.