Reklam: High Technic
hightechnic

"İş adamı aldığı pulu geri qaytarmadı" - "Qəbələ"nin futbolçuları polisə getdi  

Azərbaycan millisinin və “Qəbələ” klubunun futbolçuları – Cavid Hüseynovla Elvin Məmmədov dələduzluğa məruz qalıb.

Yenicag.az xəbər verir ki, hazırda həbsdə olan iş adamı Ayaz Məhərrəmovun onlara qarşı dələduzluq edib.

Saytımıza açıqlama verən Elvin Məmmədov da məlumatı təsdiqləyib. Lakin o bildirib ki, onlara dəymiş maddi ziyan mətbautda qeyd edildiyindən çoxdur: “Məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat vermişik. İş qurmaq adı ilə bir il bundan əvvəl bizdən pul aldı. Lakin sonradan o məbləği geri qaytarmadı. Mətbuatda yazılan məbləğ doğru deyil, ondan çoxdur. Məsələ ilə bağlı araşdırma davam edir. Düzdü, adam hazırda həbsdədir. Bu məsələdə dövlətimizdən dəstək gözləyirik”.

Qeyd edək ki, A.Məhərrəmov dələduzluqda ittiham olunaraq Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, bu barədə ilk xəbəri Report yayıb.

Emin Səfərov

www.yenicag.az

635