İş adamı avtomobilində ölü tapıldı

Türkiyədə iş adamı 47 yaşlı İzel Bardavit avtomobilində ölü tapılıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamının intihar etdiyi ehtimal edilib. Buna görə də Bərdavitin cəsədi yarılma üçün Ədliyyə Tibb Təşkilatına aparılıb.

Məlumata görə Bərdavit ölmədən öncə yaxın dostuna ismarış göndərərək, uşaqlarını əmanət edib.

Hadisə ilə bağlı araşdırmalar davam edir.