İş adamından müğənniyə 100 min dollarlıq təklif – FOTOLAR

Türkiyəli müğənni Hatice maraqlı açıqlamalar verib.

Yenicag.az xəbər verir ki, dostları ilə restorandan çıxan müğənni müxbirlərin suallarını cavablandırıb. Müğənni ona gələn əxlaqsız təkliflərdən şikayətlənib.

“Çox sayda mesajlar alıram. Dubaydan iş adamı mənə utanmadan əxlaqsız təklif etmişdi. İki günlük qonağım olun yazmışdı. Bunun müqabilində mənə 100 min dollar pul da təklif edirdi. Məni başqaları ilə qarışdırmasınlar” – deyə o, vurğulayıb.