İş adamının çətin anları: 60 min dolları zibilliyə atıldı

Hadisə Türkiyənin Konya vilayətində baş verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, iş adamı E. G. bankdan götürdüyü 60 min dolları qara paketlərə qoyaraq ofisə gətirib. Burada isə təmizlik işçiləri səhvən pulları zibilliyə atıblar. Külli miqdarda pul itirən iş adamı daha sonra zibil qutusuna baxıb, lakin bələdiyyə işçilərinin zibilləri boşaltdığını görüb. Hadisə bələdiyyənin köməyilə yaxşı qurtarıb.

Belə ki, təhlükəsizlik kameralarından pulları götürən zibil maşını tapılıb və problem həll edilib.

COP29