İş adamının oğlu bahalı maşınla 24 yaşlı qızı öldürdü – FOTO

Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Yeniçağ.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, mayın 3-də saat 17 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində “Porche” markalı avtomobillə yolu keçən Xəyalə Məmmədova vurulub. Sürücü avtomobillə hadisə yerindən qaçıb.

Xəstəxanaya yerləşdirilən 24 yaşlı X.Məmmədova orada ölüb. DİN-in Təhlükəsiz Şəhər Xidməti və Sabunçu RPİ 13-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağaəli Fərəcov tutulub. Faktla əlaqədar cinayət işi başlanılıb.

Yerli KİV-də yayılan məlumata görə, sürücü Fərəcli Ağaəli qəzanı 99 BS 999 dövlət nömrə nişanlı “Porsche Cayenne Magnum” markalı avtomobillə törədib.

Hadisəni törədən A.Fərəcli tanınmış iş adamı Füzuli Fərəcovun oğludur.

Yeniçağ.az