Ötən ilin ilk 9 ayında Azərbaycanda ən az investisiya yatırılan bölgələrin siyahısı bəlli olub.
Yenicag.az xəbər verir ki, iş adamlarının diqqətindən yayınan rayonların sayı 11-ə bərabərdir.
Ən yüksək investisiya Neftçala rayonuna yatırılıb. Həmin məbləğ 756 min manatdır. İkinci sırada Yardımlıdır: 687 min manat. İlk “üçlük”də son pilləni isə 654 min manatla Ucar tamamlayır.
Digər sıralama isə belədir:
Zərdab (474 min manat), Ağdam (313 min manat), Goranboy (310 min manat), Naftalan (239 min manat), Gədəbəy (157,7 min manat), Qobustan (110 min manat), Daşkəsən (104,4 min manat), Şabran (80 min manat).