“İş təcrübəsi”ndən məhrum gənclərin İŞSİZLİYİ: “Özəl sektordan fərqli olaraq, dövlət qulluğunda…” – VİDEO
“Ən azı bir il iş təcrübəsi, bir xarici dil biliyi… “ Bu şərtlərin əks olunduğu iş elanlarına paytaxt küçələrində və internetdə tez-tez rast gəlirik.
Ali təhsilini başa vuran gənclərin iş tapmaqda müxtəlif çətinliklərlə üzləşməsi günümüzün arzuedilməz reallıqlarından biridir.
Onların əksəriyyətinin işləmək ümidi ilə müraciət etdikləri qurumlardan aldıqları rədd cavabının motivi isə demək olar, standartdır: “İş təcrübəniz olmadığına görə sizi götürə bilmərik”.
Ancaq ali təhsilini yeni tamamlayan gəncin harada iş təcrübəsi qazana biləcəyinə dair sual hər zaman açıq qalır. Belə hallarla rastlaşan gənclər isə uzun müddət iş axtarışında olurlar.
Bu məqamın səbəblərini Yenicag.az-a şərh edən Əmək Hüquqlarını Müdafiə Liqasının (ƏHML) sədri Sahib Məmmədov bildirib ki, özəl sektordan fərqli, dövlət qulluğuna qəbul zamanı iş təcrübəsinin olması tələb edilmir.
Ekspertin mövzu haqqında fikirlərinin davamını buradan buradan izləyə bilərsiniz:
İsmayıl Bakuvi
Samir Məcidov