Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinin nəticələri iştirakçıların şəxsi səhifəsinə göndərilib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Yenicag.az-a bildirilib ki, müsabiqə üzrə 98 müəllim iş yerini elektron platforma üzərindən qarşılıqlı olaraq dəyişib.