İsa Muğannanın 11-ci sinifdə oxuyan nəvəsi AYB-yə üzv qəbul edildi – FOTO

Mərhum yazıçı İsa Hüseynovun (Muğanna) qız nəvəsi Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv qəbul olunub.

Yenicag.az xəbər verir ki, Sevinc Muğannanın qızı Səma Muğanna AYB-yə üzv qəbul edilib.

11-ci sinifdə oxuyan Səma Muğannaya artıq üzvlük vəsiqəsi də verilib.

Bununla bağlı sosial şəbəkə hesabında paylaşım edən Səma Muğanna, “AYB-yə üzv qəbul olunduğumu eşitdikdə çox xoşbəxt hiss etdim”, – deyə qeyd edib.