Müsavat lideri İsa Qəmbər növbədənkənar prezident seçkilərinə qatılmır.
Yenicag.az xəbər verir ki, Müsavat Partiyası Məclisinin bu gün keçirilmiş iclasında aprelin 11-ə təyin olunmuş növbədənkənar prezident seçkilərinə qatılmamaq haqqında qərar qəbul edilib.
Bu barədə məlumatı Müsavat başqanının müavini Yadigar Sadıqov öz “Facebook” səhifəsində yayıb.
Qeyd edək ki, İsa Qəmbər Müsavatın 2014-cü ilin sentyarında keçirilmiş qurultayında partiyanın prezidentliyə namizədi elan olunmuşdu.