İsa Qəmbər xəstəxanadan evə buraxılıb.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bir neçə gündür, Mərkəzi Klinik Xəstəxanada müayinə və müalicə olunan İ. Qəmbər bu gün xəstəxanadan çıxıb.
Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı APA-ya bildirib ki, İ. Qəmbər daha dərindən müayinə və müalicə almaq üçün artıq Türkiyənin paytaxtı Ankara şəhərinə yola düşüb.