!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İSBAM ilə TADEF arasında protokol imzalandı - FOTO

!Reklam – Yazi

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Türkiyənin Kocaeli şəhərində layihə həyata keçirib.

İSBAM mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, layihə çərçivəsində İzmit Sivil Toplum Mərkəzində Nəsimi 650 layihəsi çərçivəsində konfrans keçirilib. Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasi ilə birgə keçirilən tədbirlərdə dahi Azərbaycan şairi anılıb onu keçdiyi həyat yolu yaradıcılığından ətraflı bəhs olunub.

Tədbiri giriş sözü ilə açan İSBAM rəhbəri Samir Adıgözəlli keçirilən layihənin mahiyyəti barədə ətraflı məlumat verib. Sonra İSBAM-ın Nəsimi haqda hazırladığı qisametrajlı film nümayiş olunub. Jurnalist Məhəmmədəli Qəribli dahi şairin həyat və yaradıcılığı barədə ətraflı məruzə ilə çıxış edib. Tədbirdə iştirak edən Türkiyənin müxtəlif şəhərlərində təhsil alan azərbaycanlı və türk tələbələr, Kocaeli Universitetinin müəllimləri Nəsiminin yaradıcılığından şeirlər səsləndiriblər.

Tədbirdə İSBAM adından iştirakçılara Nəsimini və Azərbaycanın simvollarını tərənnüm edən hədiyyələr verilib. Səfər çərçivəsində İSBAM nümayəndə heyəti Kocaeli Əmniyyət müdiri Veysəl Tipioğlu, Kocaeli Böyükşəhər bələdiyyəsinin başkan vəkili Yaşar Çakmak, Kocaeli valisi Hüseyin Aksoy və Kocaeli Universitetinin rəhbərliyi təırəfindən qəbul edilib. Görüşlərdə dahi şair Nəsiminin 650 illiyi, Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrini əhatə edən söhbətlər edilmiş və qarşılıqlı hədiyyələr təqdim olunub.

Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının ofisində Kocaelidə təhsil alan azərbaycanlı tələbələrlə də görüş keçirilib. Səfər çərçivəsində İSBAM və TADEF arasında əməkdaşlıq protokolu imzalanıb. Layihə çərçivəsində səfərin son günündə Azərbaycanın müstəqillik aktının qəbul olubnmasının 28-ci ildönümü münasibətilə Kocaelidə fəaliyyət göstərən Heydər Əliyev Kültür Evində bayram tədbiri keçirilib.

İSBAM tərəfindən Kocaelidə keçirilən tədbirlər Türkiyə mediası tərəfindən də işıqlandırılıb və İSBAM sədri Samir Adıgözəlli Nəsiminin 650 illiyi ilə bağlı keçirilən tədbirlər və Azərbaycan-Türkiyə əlaqələrini maraqlandıran mövzularla bağlı Kocaeli Televiziyasında canlı yayımda sualları cavablandırıb.

www.yenicag.az

1394
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv