!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İSBAM ziyalıları topladı: “Erməni Yalanları” adlı ictimai müzakirə - FOTO

!Reklam – Yazi

Bu gün İctimai-Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “Erməni Yalanları” adlı ictimai müzakirə keçirilib.

İSBAM mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, tədbiri giriş sözü ilə açan İSBAM sədri Samir Adıgözəlli müzakirəyə çıxarılan məsələ ilə bağlı qısa məlumat verərək rəhbərlik etdiyi mərkəzin əsas fəaliyyət istiqamətlərindən birinin də erməni uydurma və yalanlarına qarşı fəaliyyət olduğunu bildirdi. Daha sonra məruzə ilə çıxış edən yazıçı, terrorçuluqla mübarizə üzrə ekspert Azər Hacıbəyli erməni yalanlarının tarixi barədə danışıb. O məruzəsini erməni yalan və cinayətlərinin başlanğıc mənbəsinin eyni olduğunu bildirərək tarix boyu ermənilərtörətdikləri cinayətləri ört-bastır etmək üçün ortaya bir sıra yalanlar atdıqlarını qeyd edib. Daha sonra Akademik Vəli Əliyev, Professorlar Şəddad Cəfərov, Əsədulla Qurbanov, ehtiyatda olan polkovnik, CavidşunasHəmid Cəfərov çıxışlarında erməni yalanlarına tarixi aspektlərdən yanaşaraq Türkiyə tərəfindən ermənilərə qarşı heç bir soyqırım aktının həyata keçirilmədiyini və əgər belə bir fakt olsaydı onu ermənilər dünyaya əsas kimi göstərəriblər.

Tədbirdə çıxış edən Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev xarici ölkələrdə erməni uydurmalarına qarşıQHT-lər tərəfindən həyata keçirilən tədbirlərə dövlət dəstəyinin artırılmasının vacibliyini vurğulayıb. O bir neçə gün öncə Türkiyənin qərb ərazisini Fransada “Qərbi Ermənistan Dövləti” elan edilməsinə diqqət çəkib. Daha sonra O, qeyd edib ki, illər öncə biz İğdırda İrəvan Mühacir Hökumətinin elan olunmasını təklif etmişdik. Lakin təəssüflər olsun o zaman bu təklifə bir çoxları müsbət yanaşmadı və nəticədə bu gün ermənilər Fransada “Batı Ermənistan Dövləti” elan ediblər.

Respublika Veteranlar Şurasının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək erməni yalanlarına qarşı beynəlxalq arenada həyata keçirilməsi vacib olan təbliğatı addımlar haqqında fikirlərini iştirakçılarla bölüşüb. Müzakirələrdə daha sonra Türkiyə-Azərbaycan Konseyinin sədri Hacı Quliyev, Azərbaycan Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli, Ümümdünya Türk Xalqları Konqresinin Prezidenti Yəhya Canıyev, Əsgər Ailələrinə Dəstək İçtimai Birliyinin Sədri Mətanət Əsgərqızı, İSBAM sədr müavinləri Natiq Bədəlov və Səbuhi Əliyev, Dünya Çempionu Araz Musayev, tanınmış jurnalist, ekspert Məhəmmədəli Qəribli, İçtimai fəallar, Rada Abbas, Mehriban Abdullayeva, tanınmış gənc din xadimi Seyid İsa Ələkbər və İSBAM sədrinin müşaviri Samir Şahverdiyev və başqaları içtimai müzakirələrdə çıxışlar edərək əsl həqiqətdə ermənilər tərəfindən xalqımıza qarşı həyata keçirilən soyqırım faktlarından danışıblar. Qeyd olundu ki, erməni yalanlarına qarşı həqiqi erməni cinayətlərini daha çox tədqiq etmək və bununla bağlı beynəlxalq aləmdə daha geniş tədbirlər həyata keçirilməlidir. İçtimai müzakirələrdə iştirak edənlər eyni zamanda ölkəmizin Ali Baş Komandanı cənab İlham Əliyevə müraciət edərək torpaqlarımızın azad olunması istiqamətində həyata keçirilən fəaliyyəti dəstəklədiklərini və qısa zamanda işğal olunmuş ərazilərimizin azad olunması üçün dövlətimizin həyata keçirəcəyi bütün qəti tədbirləri dəstəklədiklərini bəyan ediblər.

Tədbirdə İSBAM sədrinin müşaviri, Beynəlxalq Sülh Səfiri Yasəmən Möhübbətqızı çıxış edərək erməni yalanları ilə mübarizədə cəmiyyətin, xüsusilə də gənclərin milli vətənpərvərlik ruhunda formalaşmasına və bu istiqamətdə İSBAM tərəfindən həyata keçiriləcək lahiyələr haqqında iştirakçılara məlumat verib.

Tədbirdə QHT, KİV nümayəndələri, Veteranlar, AMEA-nın və BDU-nun tanınmış alimləri iştirak edirib.

www.yenicag.az

2473
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv