İşçiləri daşıyan traktor dərəyə aşdı: ölənlər var – Video

Türkiyənin Sakarya bölgəsində ağır qəza baş verib.

Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, işçiləri daşıyan traktor dərəyə aşıb. Hadisənin başvermə səbəbi sürücünün idarəetməni itirməsi olub. Dəhşətli qəza nəticəsində 7 nəfər ölüb, 20 nəfər iə yaralanıb.

Hadisə yerinə aidiyyatı qurumlar cəlb edilib.

Yenicag.az