!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“İşçilərin onlayn sifarişdənsə, evdən özlərinə yemək götürmələri məsləhətdir” - Elmar Nurəliyev

!Reklam – Yazi

“Onlayn yemək sifarişi həyata keçirən iaşə obyektlərində sanitar qaydalara və işçilərin şəxsi gigeyenasına ciddi nəzarət dilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında onlayn yemək sifarişləri həyata keçirən obyektlərdə karantin tələblərinə ciddi riayət olunmasının vacibliyindən danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib.

Ekspertin fikrincə, karantin rejimində işə çıxan vətəndaşların evdən özləri ilə yemək gətirmələri yeməyi onlayn sifariş etmələrindən daha münasibdir:

“Xüsusi karantin rejiminin tətbiq olunması koronavirusun daha geniş miqyasda yayılmasının qarşısını almaq məqsədi daşıyır. Mövcud şəraitdə yeməklərin onlayn sifariş əsasında alınması daha doğrudur. Xüsusi karantin rejimində fəaliyyətinə icazə verilən iş yerlərində çalışan şəxslər yaxşı olar ki, özləri ilə evdə hazırlanan yeməklər gətirsinlər”.

Elmar Nurəliyevin sözlərinə görə, onlayn yemək sifarişi həyata keçirən şirkətlərdə çalışan işçilərin hər gün iş yerinə daxil olmadan bədən hərarəti ölçülməli, giriş qapısında ayaqqabılarının altı dezinfeksiyaedici antiseptik vasitə ilə təmizlənməli və qoruyucu vasitələrdən istifadə edilməlidir:

“Eyni zamanda, istifadə olunan əşya və avadanlıqlar iş vaxtı və işdən sonra dezinfeksiya edilməli, şirkət tərəfindən işçilərin əllərinin mütəmadi olaraq, antiseptik vasitələrlə dezinfeksiya edilməsi təmin olunmalıdır.

Əsas məqam isə onlayn sifarişi müştəriyə daşıyan kuryerlərin bu qaydalara ciddi şəkildə riayət etməsidir. Gün ərzində 5-10 sifarişi yerinə yetirən kuryer bir neçə adamla birbaşa təmasda olur və sonra öz iş yerinə qayıdır.

Kuryerlər həm idarə elədikləri nəqliyyat vasitələrini (avtomobil, motosiklet ) və onların yük yerlərini hər sifarişdən sonra dezinfeksiya etmələri mütləq tələb kimi qoyulmalıdır. Həmçinin onların birdəfəlik istifadə üçün nəzərdə tutulan qoruyucu vasitələrdən istifadə etmələri zəruridir.

Digər bir məqam isə odur ki, kuryerlər iş vaxtı baxıl geyməli və obyektə qayıdanda onu çıxarıb atmalıdırlar. Bu, bayırdan içəri hər hansı bakteriyanın gətirilməməsi üçün vacib şərtdir”.

Gülşən Şərif

www.yenicag.az

2719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv