Dünən işdən çıxarılan nazir müavini Ani İspiryanın İqtisadiyyat Nazirliyindəki ofisində axtarış aparılıb, əmlakı müsadirə olunub.
Yenicag.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
Jurnalistlər Vaan Kerobyandan hüquq-mühafizə orqanlarının əməkdaşlarının nə üçün gəldiyini, kimin saxlanıldığını soruşsa da, Kerobyan bilmədiyini deyib.
O, hüquq-mühafizə orqanlarının əməkdaşlarından öyrənməyə çalışıb.
Eyni zamanda Kerobyan etiraf edib ki, asayiş keşikçilərinin gəlişi onun üçün gözlənilməz olub.
Ani İspiryan 2021-ci ildən nazir müavini vəzifəsində idi.
“Ani 1,5 ay əvvəl ərinin Hollandiyada işə düzəldiyini və köçəcəklərini söyləyib”, – nazir deyib.
Xuraman Etibarlı