İşdən çıxarılan icra başçısının əmlaklarının siyahısı yayıldı – Hafiz Hacıyevdən ŞOK AÇIQLAMA – VİDEO

Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə işdən çıxarılan Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasovun əmlaklarının siyahısı yayılıb.

Yenicag.az xəbər verir ki, 18 dekabr 2007-ci ildən bu günə qədər Qusar rayonuna rəhbərlik edən Ş. Alxasovun əmlaklarının siyahısı müzakirələrə səbəb olub.

Məlumata görə, stajlı məmurun Qusarda evi ilə qarşı-qarşıya yerləşən hoteli, Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binaları, şəhər 6 nömrəli tam orta məktəbinin yanındakı hoteli, “Nəriman Nərimanov” parkındakı restoranı, Qusar Bayraq meydanının yaxınlığındakı 2 hoteli və meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi mövcuddur.

Qeyd edək ki, Ş. Alxasovun meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satması ilə bağlı iddialar da mövcuddur.

Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.

Azərbaycanda işdən çıxarılan məmurların vəzifə başında olarkən şəxsi maraqları naminə topladığı var-dövlətdən danışan Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev Prezidentin Sərəncamını dəstəklədiyini vurğulayıb.

Onun sözlərinə görə, vəzifədən çıxarılanların günahları olduğu üçün onlara bir daha etimad göstərilmir.

Daha ətraflı videonu təqdim edirik:

Rafi Müslümov
Samir Məcidov

COP29