İşdən çıxarılan xadimə özünü öldürmək istədi – Tovuzda

Tovuz sakini sirkə turşusu içərək intihara cəhd edib.

Yenicag.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Dondar Quşçu kənd sakini, 1960-cı il təvəllüdlü Tamella Səfərova sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib.

Qadının vəziyyətinin orta ağır olduğu bildirilir.

Məlumata görə, T. Səfərova xadimə işlədiyi yerdə işdən çıxarıldığına etiraz edərək sirkə turşusu içib və intihara cəhd edib.

Yenicag.az