!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşdən çıxarılan qadın nəzarətə götürüldü - REAKSİYA

!Reklam – Yazi

Bir müddət əvvəl sosial şəbəkələrdə süpürgəçi işləyən qadının işdən çıxarılması və bu səbəbdən də kirayə qaldığı mənzilin pulunu ödəyə bilməməsi ilə bağlı məlumat paylaşılmışdı.

Yenicag.az xəbər verir ki, şəkər xəstəliyindən əziyyət çəkən qadının həyat yoldaşı vəfat edib, bacısını isə yol süpürən zaman maşın vuraraq öldürüb.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsinə yerləşdirilməsi üçün kömək istəyirdi.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov məlumat yayaraq bildirib ki, həmin şəxslə bağlı məsələ agentlik tərəfindən nəzarətə götürülüb və araşdırılıb: “Arzu xanım artıq agentliyin müvafiq müəssisəsinə yerləşdirilib. Burada onunla bağlı lazımi tədbirlər davamlı olaraq həyata keçiriləcək”.

www.yenicag.az

432
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv