Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin işdən çıxarılan əməkdaşı ali təhsil müəssisəsini məhkəməyə verib.
Yenicag.az xəbər verir ki, vəzifəsindən azad edilən Ruslan Fərzəliyev universitetə qarşı Nəsimi Rayon Məhkəməsinə iddia qaldırıb.
İşin mahiyyəti işə bərpa və əməkhaqqı tələbidir.
Məhkəmə işinə hakim Ceyhun Tağıyevin sədrliyi ilə baxılacaq./iqtisadiyyat.az