Milli Şuranın oktyabrın 7-də “Məhsul” stadionunda keçirtdiyi mitinqə qatıldıqları üçün tanınmış aktyorlar Abbas Qəhrəmanov, İlqar Cahangir və Ayşad Məmmədlinin fəaliyyət göstərdikləri teatrdan kənarlaşdırıldıqları bildirilir. Hətta aktyorların çəkildikləri seriallardan da uzaqlaşdırılacağı deyilir.
Yenicag.az-a açıqlama verən Abbas Qəhrəmanov haqqında yayılan xəbərdən əsəbiləşib:
“Bu xəbərləri kimin yaydığını təxmini bilirəm. Bu, bir neçə nəfərin işidir. Mən siyasətə qarışmıram, yaradıcılıq işlərimlə məşğulam. Çünki siyasətə qatılsam, sənətim bir tərəfdə qalar. Mitinqə isə sadəcə, maraq xatirinə getmişdim ki, görüm bu müxalifət inkişaf edir, ya yox. Gördüm ki, heç bir irəliləyiş yoxdur, qayıdıb gəldım evə. Sonradan eşitdim ki, mitinqə getməyimi şişirdib danışıblar. Ardınca da xəbər yayıblar ki, guya işdən çıxarılmışam, oynadığım seriallardan uzaqlaşdırılmışam. Azdramadan mənə zəng oldu, soruşdular ki, mitinqə getmisən, ya yox? Cavab verdim ki, getmişəm. Amma mənə işdən çıxarıldığımı deyən olmadı. İndi də teatra gedirəm. ATV rəhbəri ilə də görüşümüz olub, serialdan uzaqlaşmağım barədə heç bir söhbəti yoxdur. Bu xəbərləri yayan adamları polisə verəcəm, bu söhbətin axırına çıxacam”.
Cəvahir