İşdən çıxarıldığı deyilən İlkindən AÇIQLAMA – “17 il çalışdığım doğma kollektivimlə…”

ATV-dəki fəaliyyətinə son verildiyi deyilən İlkin Xəlilov baş verənlərə aydınlıq gətirib.

Yenicag.az xəbər verir ki, İlkin sosial şəbəkədə paylaşım edərək işini davam etdirdiyini bildirib, dostlarına təşəkkür edib:

“Demək belə, hər şeyə, bütün suallara tam aydınlıq gəldiyindən artıq son nöqtəni qoymaq olar. ATV-də işimə davam edirəm!!! Bu, 3 aymı çəkəcək, 6 aymı olacaq, bilmirəm, amma hələlik öz yerimdə, 17 il çalışdığım doğma kollektivimlə birgəyəm. Bu günlərdə sosial şəbəkələrdə mənə olan misilsiz dəstək məni həm heyrətləndirdi, həm qürurlandırdı, həm də kövrəltdi. Dostlar, həmkarlar və tanımadığım minlərlə insan dəstək oldu, həmrəylik göstərdi. Hər birinizin qarşısında baş əyir, dərin təşəkkürümü bildirirəm. Sizin dəstəyiniz mənə böyük kömək oldu. Var olun!!!”

Cəvahir