İşdən çıxıb evə gedəndə maşın vurdu – Bakıda

Bakənın Nizami rayonunda gənc oğlanı maşın vurub.

Yenicag.az xəbər verir ki, hadisə Babək prospektində qeydə alınıb. İşdən çıxıb evə qayıdan 27 yaşlı Məmmədzadə Xasay Ayaz oğlunu taksi fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı avtomobilin sürücüsü vurub. Sürücü özü yaralını xəstəxanaya çatdırıb. Çoxsaylı sınıq xəsarətləri olan yaralının vəziyyəti orta ağırdır.

Faktla əlaqədar avtotexniki ekspertiza təyin edilib.

COP29