Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
Qarabağ FC

"İşə davam edirik" - Millimizin baş məşqçisi

Reklam: High Technic

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raund mərhələsinə Rusiya ilə heç-heçə edərək başlayıb.

0:0 hesabı ilə başa çatan qarşılaşmadan sonra Yenicag.az-a açıqlama verən yığmamızın baş məşqçisi Vüqar Məmməd rəqiblər barədə danışıb:

“Elit-raundda Avropanın ən yaxşı komandaları mübarizə aparır. Turnirin özü çox səviyyəlidir. Burada zəif komanda yoxdur. Biz də bu turnirə yaxşı hazırlaşmışıq. Hər bir komandaya hörmətlə yanaşırıq. Rusiya və İrlandiya milliləri qrupunun lideri kimi elit-raunda vəsiqə qazanıblar. Rumıniya millisi Bolqarıstanda çətin səfər qrupundan 2-ci yeri tutaraq elit-raunda vəsiqə qazanıb. Çox çətin yarış gözlənilir. Rəqiblər haqqında məlumatımız var. İşə davam edirik. Biz də maraqlı komandayıq, çox yaxşı və müxtəlif stildə oynayan futbolçularımız var. Rəqiblərimiz üçün də bizimlə oynamaq çətin olacağını düşünürəm. Azərkeşlərimizi sevindirmək və növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni edəcəyik”.

Emin

www.yenicag.az

2627
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM