İşə gedən 51 yaşlı kişi itkin düşdü

Şəkidə orta yaşlı kişi itkin düşüb.

Yenicag.az-ın məlumatına görə, hadisə Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 147 saylı evdə baş verib.

Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Zəkəryəyev Çingiz Cəlil oğlu sentyabrın 20-də səhər saatlarında işə getmək adı ilə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırmalar aparılır.